Bakıda restoran yanır – FOTOLAR
Bakı şəhəri, Xətai rayonunda yerləşən şadlıq evlərindən birində yanğın hadisəsi baş verib.
Musavat.com-un məlumatına görə, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evinin bacasında yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.



