Cəmiyyət 

Yaz havasının şıltaqlığı: Sinoptiklər də çaşbaş qalıblar

Yaz fəslində havanın tez-tez dəyişməsi dəqiq proqnoz verməyi çətinləşdirir.

Publika.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə açıqlamasında hidrometeorologiya üzrə mütəxəssis Marina Makarova danışıb.

Onun sözlərinə görə, payız və qış aylarında hava proqnozu hazırlamaq daha asandır. Belə ki, bu mövsümlərdə yağıntılar daha geniş əraziləri əhatə edir və əsasən üfüqi hərəkət etdiyindən daha rahat proqnozlaşdırıla bilir. Yaz və yayda isə vəziyyət fərqlidir – buludlar şaquli inkişaf edir, yağıntılar isə daha lokal xarakter daşıyır ki, bu da proqnozların dəqiqliyini azaldır.

Sinoptik bildirib ki, yay aylarında yağıntıları 5 gün əvvəldən proqnozlaşdırmaq demək olar ki, mənasızdır. Bu səbəbdən belə dövrlərdə qısamüddətli proqnozlara üstünlük verilməlidir. Bu üsul “naukastinq” adlanır və əsasən radar məlumatlarına əsaslanaraq 2-6 saatlıq hava proqnozu təqdim edir.

Müəllif: Adəm

Daha çox xəbərlər