Britaniyada yeniyetmələrə siqaret satışı yasaqlanır – “nikotinsiz nəsil” erası
Böyük Britaniya parlamenti 1 yanvar 2009-cu ildən sonra doğulanlara siqaret və veyp satışına qoyulan qadağanı təsdiqləyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniya 1 yanvar 2009-cu ildən sonra doğulan vətəndaşlar üçün tütün və veyp alışına ömürlük qadağa qoyub.
Bu qanun layihəsi “tüstüsüz nəsil”ə aiddir: nikotin məhsullarının alınması üçün qanuni yaşın hər il artırılması planlaşdırılır. Bu, hökumətin ölkədə siqaret çəkməyi tədricən minimuma endirmək və nəticədə onu tamamilə aradan qaldırmaq ümididir.
Hökumət bildirir ki, “Bu, nikotinsiz nəsil yaradacaq əlamətdar bir addımdır”.
Sənəd artıq kralın razılığını almaq üçün rəsmi prosesdən keçməlidir. Qanun kral III Çarlzın təsdiqindən sonra qanun qüvvəyə minə bilər.
Qanun imzalanarsa (bu ehtimal yüzdə 99-dur), Böyük Britaniya bütün bir nəsil üçün tədricən tütünün və veypin satışını qanunla ləğv edən ilk ölkə olacaq.

