Latviya Prezidenti: Ağ Şəhər mənə çox böyük təəssürat bağışladıVİDEO
Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı.
Musavat.com xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışında deyib.
“Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir”, – Latviya Prezidenti bildirib.

