Rusiya XİN-dən Azərbaycanla bağlı açıqlama
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətləri müzakirə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş aprelin 28-də Moskvada baş tutub. Görüş zamanı Azərbaycan ilə Rusiya arasında münasibətlərin bəzi aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

