Şuşa onun arxiv fotoları əsasında bərpa edilir
Şuşa şəhərinin azad olunmasından sonra onun tarixi görkəminin bərpasında memar Elturan Axundovun şəxsi arxiv materiallarından istifadə edilir.
Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Eğitim ve Kültür Derneyi”nin (Təhsil və Mədəniyyət Dərnəyi) rəhbəri Aygün Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, Elturan Axundovun arxivində 1970–1980-ci illərdə Şuşada çəkilmiş 1500-ə yaxın fotoşəkil və neqativ saxlanılır. Bu materiallar indiyədək çap olunmayıb. Məhz həmin fotoşəkillər vasitəsilə şəhərin əvvəlki tarixi görkəmini daha dəqiq müəyyənləşdirmək mümkün olub.
“Elturan Axundovun ölkəmizə bu dəstəyi əslində bir qəhrəmanlıqdır. Qəhrəman təkcə döyüş meydanında olmur. Öz sənətini layiqincə yetirən və vətən üçün olduğu meydanda da ləyaqətlə, qeyrətlə fəaliyyət göstərən insanlar da qəhrəmandır”, -deyə A. Həsənoğlu bildirib.
Şahanə Rəhimli
Musavat.com


