Bu tarixdə qısa iş günü olacaq
Azərbaycanda bu həftəsonu vətəndaşları uzunmüddətli istirahət gözləyir.
Musavat.com xəbər verir ki, bayramla əlaqədar olaraq həm iş saatlarında dəyişiklik ediləcək, həm də əlavə qeyri-iş günü tətbiq olunacaq.
Mövcud əmək qanunvericiliyinə əsasən, bayramdan əvvəlki gün hesab olunduğu üçün 8 may tarixində iş günü bir saat tez başa çatacaq.
9 May – Qələbə Günü ölkədə rəsmi istirahət günü sayılır. Bu tarix şənbəyə düşdüyündən, istirahət gününün kompensasiyası məqsədilə əlavə qeyri-iş günü müəyyənləşdirilib. Buna görə də 11 may bazar ertəsi də işlənilməyəcək.
Nəticədə, beşgünlük iş rejimində çalışan şəxslər ardıcıl olaraq üç gün – 9, 10 və 11 may tarixlərində istirahət edəcəklər.

