İki oğluyla cəbhəyə gedən şəhidin məzarı doğma kəndinə köçürüldü – FOTO
Vətən müharibəsi şəhidi Müşfiq Abbasovun məzarı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanından doğulduğu Ağdamın Abdal kəndinə köçürülüb.
Musavat.com xəbər verir ki, bu barədə şəhidin oğlu Şamil Müşviqoğlu sosial şəbəkə hesabında paylaşım edib. O, məzarın artıq Abdal kəndində torpağa tapşırıldığını əks etdirən fotonu yayımlayaraq atasına aid duyğulu sözlər yazıb:
Şükür Allaha, bu gündən öz kəndimizin – Abdal kəndinin torpağında yatacaqsan. Doğma məkanın cənnət olsun, ata…
Müşfiq Abbasov 44 günlük Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı idi. Şəhid Müşfiq Abbasov iki oğlu ilə birlikdə Vətən müharibəsinə qatılmışdı.
Musavat.com



