Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

SOS: Onlayn cinsi istismar artır – hüquq müdafiəçisindən ÇAĞIRIŞ

By Vüsal Rafiqoğlu
12.05.2026 4 Min Read

Onlayn cinsi istismar halları son 4 ildə 9 faktdan 1665 fakta qədər yüksəlib. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub. Bəs onlayn cinsi istismar nədir və bu halların sayı niyə son illərdə dəfələrlə artmağa başlayıb?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin Musavat.com-a bildirdiyinə görə, rəhbərlik etdiyi müəssisəyə yerləşdirilən yetkinlik yaşına çatmayan qızlar arasında aparılan araşdırmalar göstərir ki, cinsi istismar halları əsasən aldadılma və manipulyasiya yolu ilə baş verir: “Bu hallar isə daha çox sosial şəbəkələr vasitəsilə, tanışlıq münasibətləri üzərindən formalaşır. Yəni söhbət çox vaxt birbaşa cinayətkar çevrədən deyil, ilkin mərhələdə sadə ünsiyyət və etibar qazanmaq cəhdlərindən gedir. Lakin zamanla bu əlaqələrin bəziləri daha təhlükəli istiqamətə yönələ bilir və nəticədə istismar hallarına çevrilir”.

Onlayn cinsi istismar halları kəskin artıb | Modern.az

Onun sözlərinə görə, qeyd olunan rəqəmlər isə həqiqətən də çox böyükdür. Qurum sədri qeyd edib ki, cəmiyyət bu məsələ ilə bağlı daha aktiv və sistemli mübarizəyə qoşulmalıdır: “Bunun üçün isə ilk növbədə geniş maarifləndirmə işlərinə ciddi ehtiyac var. Ən vacib məqamlardan biri odur ki, bu gün sosial şəbəkələrdə qurbanların böyük hissəsini azyaşlılar təşkil edir. Onların əsas maraq dairəsi daha çox əyləncə platformalarıdır, xüsusilə “TikTok” kimi tətbiqlər ön plana çıxır. Bəzən tanışlıqlar da məhz bu platformalar üzərindən yaranır. Aparılan müşahidələr göstərir ki, risk qrupuna düşən və təhlükəli vəziyyətlə üzləşən müraciətlərin böyük əksəriyyəti “TikTok” üzərindən daxil olur, çox az hissəsi isə “Instagram” vasitəsilə qeydə alınır. Bu isə artıq ciddi şəkildə həyəcan təbilinin çalınması deməkdir. Deməli, biz cəmiyyət olaraq bu istiqamətdə daha sistemli və təşkilatlanmış iş aparmalıyıq”.

Sığınacağımızda 51 uşaq var - Kəmalə Ağazadə | Modern.az

Onun fikrincə, valideynlər xüsusilə öz uşaqlarına nəzarəti gücləndirməli, onların internetdə hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyətdə olduğunu diqqətlə izləməlidir: “ Eyni zamanda, uşaqların onlayn davranış dairəsi də mütləq şəkildə nəzarətdə saxlanmalıdır. Hesab edirəm ki, gələcək hesabatlarda bu məsələnin daha dəqiq təhlili üçün yaş kateqoriyaları üzrə bölgünün də ayrıca təqdim olunmasına ehtiyac yaranacaq. Bu, problemin daha düzgün qiymətləndirilməsi və effektiv mübarizə tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Məlumat üçün qeyd edək ki, onlayn cinsi istismar bir çox ölkədə ağır cinayət hesab olunur və qanunvericiliklə ciddi şəkildə cəzalandırılır. Azərbaycanda onlayn cinsi istismar halları bir neçə qanun maddəsi ilə tənzimlənir və bu əməllər ağır cinayət hesab olunur. Konkret hadisənin xarakterindən asılı olaraq müxtəlif cəzalar tətbiq edilə bilər.

Əgər azyaşlıların intim görüntülərinin hazırlanması, yayılması və ya saxlanılması faktı aşkarlanarsa, bu, Cinayət Məcəlləsinə əsasən ciddi cinayət sayılır və bir neçə ildən uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına qədər nəticələnə bilər. Şəxsin intim görüntülərini icazəsiz yaymaq, həmin görüntülərlə şantaj etmək, hədə-qorxu gəlmək və ya pul tələb etmək də cinayət məsuliyyəti yaradır. Bu hallarda cərimə, azadlığın məhdudlaşdırılması və ya həbs cəzası tətbiq oluna bilər. Əgər söhbət azyaşlıların internet vasitəsilə cinsi xarakterli söhbətlərə cəlb edilməsindən, onların istismar məqsədilə aldadılmasından gedirsə, bu zaman daha ağır maddələr tətbiq olunur. Xüsusilə uşaqlara qarşı törədilən cinayətlərdə cəzalar daha sərt olur. Bundan başqa, kiberməkanda saxta profillə şəxsi məlumatların əldə olunması, şəxsi həyatın toxunulmazlığının pozulması, təhdid və təqib halları da ayrıca cinayət tərkibi yaradır.

Uşaqları cinsi istismar edən şəxs valideynlik hüququndan məhrum ediləcək -  Globalinfo.az

Qeyd edək ki, onlayn cinsi istismar internet və rəqəmsal platformalar vasitəsilə bir şəxsin, xüsusilə uşaqların və yeniyetmələrin cinsi məqsədlərlə istismar olunmasıdır. Bu hallar sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində, onlayn oyun platformalarında və digər rəqəmsal mühitlərdə baş verə bilər. Onlayn cinsi istismara şəxsin intim foto və videolarının aldatma, manipulyasiya və ya təzyiq yolu ilə əldə olunması, şantaj və hədə-qorxu vasitəsilə intim görüntülərin tələb edilməsi, uşaqların və yeniyetmələrin cinsi xarakterli söhbətlərə cəlb olunması, saxta profillərlə etibar qazanaraq sonradan istismar edilməsi, şəxsi görüntülərin icazəsiz yayılması və ya bununla hədələnməsi, eləcə də onlayn platformalarda cinsi xarakterli təqib və zorakılıq hallarının törədilməsi daxildir.

Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrin sürətlə yayılması, uşaq və yeniyetmələrin internetə daha erkən yaşlarda çıxış əldə etməsi, valideyn nəzarətinin zəifləməsi və rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirmənin kifayət qədər olmaması bu halların artmasının əsas səbəblərindəndir. Xüsusilə son illərdə “TikTok”, “Instagram”, “Telegram” və müxtəlif oyun platformalarında tanımadığı şəxslərlə ünsiyyət quran azyaşlıların sayının artması riskləri daha da yüksəldib.

Ekspertlər qeyd edirlər ki, bir çox hallarda cinayətkarlar saxta profillərlə uşaqların və yeniyetmələrin etibarını qazanır, daha sonra onları psixoloji təzyiq, şantaj və hədələrlə istismar etməyə çalışırlar. Bəzi hallarda isə şəxsi görüntülər sonradan pul tələb etmək və ya müxtəlif məqsədlərlə yaymaq üçün istifadə olunur. Mütəxəssislərin fikrincə, bu cür hallar insanların psixoloji vəziyyətinə ciddi zərər vurur, qorxu, depressiya, travma, özgüvən itkisi və sosial problemlərə səbəb olur. Xüsusilə azyaşlılar və yeniyetmələr bu təhlükələr qarşısında daha həssas hesab edilir. Bu baxımdan tövsiyə olunur ki, şəxsi məlumatlar və intim görüntülər internetdə paylaşılmamalı, tanımadığınız şəxslərlə ehtiyatlı ünsiyyət qurulmalı, şübhəli mesaj və təkliflərə cavab verilməməli, uşaqların internet fəaliyyəti valideyn nəzarətində saxlanılmalı və belə hallarla qarşılaşdıqda dərhal valideynlərə, hüquq-mühafizə orqanlarına və ya aidiyyəti qurumlara məlumat verilməlidir.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xocavəndə daha 18 ailə yola salındı

Next

Əli Əsədov yeni qərar imzaladı

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv