Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

44 günlük Zəfərdən sonra dəyişən xəritə

By Vüsal Rafiqoğlu
13.05.2026 2 Min Read

Azərbaycan son 6 ildə bütün dünyanın diqqətini üzərinə cəmləyən bir ölkəyə çevrilib. Heç şübhəsiz ki, buna ən çox səbəb olan amil 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəmizdir. Bu tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad olunması ilə məhdudlaşmadı. Azərbaycan bu qələbə ilə illərlə bölgədə formalaşdırılmış ədalətsiz status-kvonu dağıtdı, BMT qətnamələrini özü icra etdi və artıq fəaliyyətsizliyə çevrilmiş ATƏT-in Minsk qrupunu siyasi tarixinin arxivinə göndərdi.

Bu gün regionda yeni reallıqları formalaşdıran tərəf Azərbaycandır. Prezident İlham Əliyev daim çıxışlarında Qafqazda yeni geosiyasi oyun qurmaq istəyən dairələrin planlarını hədəfə alır.

Eyni zamanda son 6 ildə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü və dövlət iradəsini nümayiş etdirir. Dağıdılmış şəhərlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, ekoloji və mədəni vandalizmin dünyaya çatdırılması yeni mərhələnin əsas istiqamətlərindəndir. Dövlət başçısının bölgəyə səfərləri zamanı şəhid ailələri və sakinlərlə səmimi dialoqları isə dövlət-vətəndaş birliyinin ən güclü göstəricilərindən biri kimi ön plana çıxır.

Dünyada müharibələrin genişləndiyi, İran-İsrail-ABŞ qarşıdurmasının qlobal iqtisadiyyata, xüsusilə enerji və ərzaq bazarına ciddi təsir göstərdiyi bir vaxtda Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti daha aydın görünür. Hörmüz boğazı ətrafında yaranan risklər dünya iqtisadiyyatını silkələsə də, Azərbaycan güclü idarəçilik, düşünülmüş xarici siyasət və milli həmrəylik sayəsində bölgənin sabitlik adasına çevrilib. Bu reallıq Prezident İlham Əliyevin liderlik bacarığının, siyasi qətiyyətinin və qalib dövlət modelinin ən mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Bəhruz Məhərrəmov: Bu gün hər bir azərbaycanlı üçün şükran və minnətdarlıq  günüdür - "İki sahil"

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a dedi ki, dünyada mövcud siyasi nizamın sarsıldığı, beynəlxalq təsisatların fəaliyyətsiz qaldığı çox mürəkkəb bir dönəmdə rəsmi Bakının hərbi-siyasi zəfərlərinə əsaslanan və regionda təhlükəsizliyə təminat verən yeni model formalaşdırması Azərbaycana öz müstəqil iradəsi ilə yeni bir regional reallıq diktə etməyə imkan verir: “Uzun illər davam edən imitasiya xarakterli danışıqlar prosesini və beynəlxalq hüququn selektiv tətbiqini tarixin arxivinə göndərən Azərbaycan bu gün qlobal güclərin ikili standartlarına qarşı ən kəskin etiraz səsini ucaldan ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji gedişlər, onilliklər boyu kağız üzərində qalan BMT qətnamələrinin hərbi-siyasi yolla icrasının təmin edilməsi və 44 günlük müharibənin siyasi nəticələri təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də neokolonialist ambisiyalar güdən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazdakı təsir rıçaqlarının qırılmasına əsaslanan arxitektura formalaşdırdı. Nəticə etibarilə indi Bakıdan gələn qətiyyətli mesajlar bölgədə kənar müdaxilələrə yer olmadığını və sülhün yalnız yerli reallıqlar üzərində qurula biləcəyini təsdiqləyir. Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa işləri Azərbaycanın iqtisadi qüdrətinin və gələcək vizyonunun bariz nümunəsi kimi həm də önəmli güc göstəricisinə çevrilib. Vandalizmə məruz qalmış torpaqların yenidən canlandırılması və “Böyük Qayıdış” proqramı dövlət-vətəndaş münasibətlərini yeni mərhələyə qaldırıb, dövlət başçısının xalqla birbaşa və səmimi təması isə bu birliyi daha da sarsılmaz edir.

Bir sözlə, görünən odur ki, Yaxın Şərqdə gərginliyin artdığı, enerji və ərzaq təhlükəsizliyinin təhdid altında olduğu bir vaxtda cənab İlham Əliyevin rəhbərliyi altında sərgilədiyi balanslı və uzaqgörən siyasət ölkəni “təhlükəsizlik adası”na çevirib.

Təbii ki, bu situasiyaya nail olmaqla ölkəmiz təşəbbüslərə qoşulan, yaxud ideyaları dəstəkləyən subyektdən təşəbbüskar güc sahibinə çevrilib”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Next

SEPAH dənizçiləri Küveytə məxsus adaya hücum edib – RƏSMİ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv