Dünya 

Kreml üçün ağır itki: nadir Mi-8 helikopteri yoxa çıxdı

Rusiyaya məxsus Mi-8MTPR-1 tipli nadir hərbi helikopterin müəmmalı şəkildə məhv olduğu bildirilir.

Musavat.com xəbər verir ki, analitiklərin məlumatına görə, helikopter naməlum şəraitdə itirilib və hadisənin səbəbi ilə bağlı bir neçə versiya nəzərdən keçirilir.

İddialara görə, helikopter pilotsuz uçuş aparatının zərbəsi nəticəsində vurula, Rusiya hava hücumundan müdafiə sistemlərinin “dost atəşi”nə məruz qala və ya texniki nasazlıq səbəbindən qəzaya uğraya bilər.

Məlumata əsasən, Mi-8MTPR-1 elektron müharibə sistemləri ilə təchiz olunmuş nadir hərbi helikopterlərdən sayılır. Oryx analitik platformasının hesablamalarına görə, Rusiya müharibə başlayandan bəri ən azı beş belə texnika itirib.

Daha çox xəbərlər