Cəmiyyət 

TƏCİLİ! Naxçıvana uçuşlar yenə dayandı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Bu barədə Musavat.com-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

Daha çox xəbərlər