Bütün gəlirini kənd qızlarının təhsilinə xərcləyən icra başçısı
Fotoda gördüyünüz şəxs Türkiyənin keçmiş Sakarya icra başısı Nuri Okutandır.
Nuri Okutan icra hakimiyyətinə ayrılan bütün pulları (həmçinin xidmət üçün ayrılmış avtomobilləri də satıb pul eləmişdi) uşaqların təhsil almasına yönəldib.
Məktəbə getməyən qız uşaqlarını məktəbə cəlb edib və qızını təhsil almağa göndərən atalara qızıl hədiyyə edib. Öz vəzifə maaşı isə cəmisi 2500 TL (1000 AZN-ə yaxın) olub. Onun bu xeyirxahlığı “Vehbi Koç Vakfı”nın diqqətini cəlb edib və ona 100 min dollar bağışlayıblar. Amma o, pulun bir qəpiyini belə öz uşaqlarına xərcləməyib, bütün pulları məktəb inşa etmək üçün sərf edib.
Bir çox şirkətlər də bundan həvəslənib ona pulsuz material göndəriblər. “Vehbi Koç Vakfı” bu şəxsiyyətli davranışı görüb ona daha 50 min dollar yardım edib və 100 şagirdlik bir məktəb binası inşa olunub. BMT-nin uşaqlara kömək fondu UNİCEF isə onun adına “Nuri Okutan Modeli” təsis edib.

