124 yaşlı rahib: “Uzunömürlü olmağın sirri seksdən imtinadır”
BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) paytaxtının hava limanının əməkdaşları Svami Şivananda adlı sərnişinlə foto çəkdiriblər. ARANTV.AZ-ın məlumatına əsasən, ajiotaja səbəb Hindistan sakininin yaşı olub. Svaminin 124 yaşı var.
Hİndli Kəlküttədən Londona səfəri zamanı Abu-Dabidə təyyarə dəyişib.
Qeyd edilir ki, 124 yaşlı Şivanada rahibdir. O, qeyd edib ki, müntəzəm olaraq yoqa ilə məşğul olmaq, seksdən uzaq durmaq, dadlı və kalorili qidalardan imtina etmək uzun ömürlü olmağına səbəb olub.
“Əvvəllər insanların əşyası az idi və daha xoşbəxt idilər. İndi isə bədbəxt, xəstə və şərəfsizdilər. Bu isə mənə pis təsir edir”, – deyə Şivanada jurnalistlərə bildirib.
Şivanadanın pasportunda onun 1896-cı ildə anadan olduğu qeyd edilib.Sonxeber.az


