Qəhrəman Qazi Kapitan Qabil Hüseynov Müstəqillik Günü və Doğum Günü Münasibətilə Təbrik Edilib
“Bir Yumruq” Bərdə Qaziləri İctimai Birliyinin sədri Yalçın Məmmədov adından qəhrəman qazimiz, kapitan Qabil Hüseynovu 28 May – Müstəqillik Günü və doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona ən xoş arzularımızı çatdırırıq.
28 May Azərbaycan xalqının tarixində şanlı və qürurverici bir gündür. Bu əlamətdar tarix xalqımızın azadlıq, müstəqillik və dövlətçilik iradəsinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Belə müqəddəs bir gündə dünyaya göz açan və Vətən uğrunda şərəflə xidmət göstərən igid oğullarımız xalqımız üçün xüsusi dəyərə malikdir.
Kapitan Qabil Hüseynov Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalları ilə təltif olunub. Həmçinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən təqdim olunan “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif edilib.
Vətənə bağlılığı, dövlətə sədaqəti və xalqına xidməti ilə seçilən kapitan Qabil Hüseynov qəhrəman qazilərimizin layiqli nümayəndələrindən biridir. Onun keçdiyi şərəfli döyüş yolu, torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi igidlik və Vətən sevgisi gələcək nəsillər üçün daim qürur mənbəyi olacaqdır. Azərbaycan xalqı öz qəhrəman oğullarını heç vaxt unutmur və onları hər zaman böyük ehtiramla yad edir.
Hörmətli Qabil Hüseynov!
Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətinizdə uğurlar və xalqımızın sonsuz sevgisini arzulayırıq. Uca Allah sizi və bütün qazilərimizi qorusun!
28 May – Müstəqillik Gününüz və doğum gününüz mübarək olsun!
https://youtube.com/shorts/X33INQGCDNk?si=N3ENAH4GUNbP0fvb

