Siyasət 

Prezidentdən Quba ilə bağlı yeni SƏRƏNCAM

Prezident İlham Əliyev “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərinə əsasən qəbul edilib.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Prezident aktlarının 2026-cı il 12 may tarixli, 404-VIIQ nömrəli “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Bundan əlavə, Nazirlər Kabineti həmin qanundan irəli gələn digər məsələlərin həllini də təmin etməlidir.

Daha çox xəbərlər