Ötən ay 152 mindən çox şəxş xüsusi şərtlərlə əmək pensiyası alıb
2026-cı ilin may ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 213 nəfər olub.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onların 115 189 nəfəri yaşa, 13 742 nəfəri əlilliyə, 23 282 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

