Cəmiyyət 

Nazir müavini: “Subsidiyalaşmada yeni yanaşmalar tətbiq edəcəyik”

Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilir.

Musavat.com xəbər verir ki, konfransda kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, Nazirliyin Strateji planlaşdırma, təhlil və hesabatlılıq şöbəsinin müdiri Fərid Rəhimli və İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban iştirak edir.

Nazir müavini Zaur Əliyev bildirib ki, subsidiyalar fermerləri investisiyaya təşfiq edir: “Artıq bir neçə ildir ki, kənd təsərrüfatı sektorunda rəqəmsal və peyk nəzarəti həyata keçirilir. Növbəti mərhələlərdə əkinin düzgün aparılması üçün bütün proseslər rəqəmsallaşdırılacaq. Subsidiyalaşmada yeni yanaşmalar tətbiq edəcəyik. Bu iqtisadi səmərəliliyə də öz töhfəsini verəcək. Maliyyə əlçatanlığa gəldikdə isə, bütün müvafiq maliyyə institutları ilə görüşlər olub.
Proqramın məqsədləri üçün müəyyən razılaşmalar əldə olunub”, deyə nazir müavini qeyd edib.

Daha çox xəbərlər