Region Xəbərləri 

Bərdədə İctimai Şura vətəndaş məmnunluğu ilə bağlı müzakirə keçirib

Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən “Yerli icra orqanlarının fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi yad edilib,İçtimai Şuranın sədir müavini Musa Muradlı İctimai Şuranın fəaliyyəti və vətəndaş iştirakçılığının əhəmiyyəti barədə məlumat verilib. İctimai Şuranın sədri Vüsal Bayramov dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələr zamanı vətəndaş məmnunluğuna təsir edən torpaq məsələləri, daşınmaz əmlakın qeydiyyatı, kommunal xidmətlər və digər problemlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar mövcud çətinliklərin aradan qaldırılması və xidmət keyfiyyətinin yüksəldilməsi üçün aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Sonda qaldırılan məsələlərin həlli istiqamətində birgə fəaliyyətin təşkili barədə razılıq əldə olunub.

Daha çox xəbərlər