“Son zəng” günü VƏFAT ETDİ – FOTO
Azərbaycanda orta məktəb şagirdi “Son zəng” günü vəfat edib.
Hadisə Biləsuvar rayonunda baş verib.
Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkinə Əlizadə qızı dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, ötən gün – iyunun 13-də Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilib. (Yeni Sabah)


