Hərbçilər tonlarla sintetik narkotik aşkar etdilər – Meksikada
Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Sinaloa ştatında əməliyyat zamanı metamfetamin olduğu ehtimal edilən 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, qadağan olunmuş maddə ştatın dağlıq hissəsində yerləşən Los-Sedros rayonu ərazisində tapılıb.
Faktla bağlı kiminsə saxlanılması barədə məlumat yoxdur.
Ötən həftə Sinaloada 50 tona yaxın metamfetamin aşkar olunmuşdu.

