Çin ABŞ-ın əlavə rüsum tətbiqinə cavab verməyə hazırlaşır
Çin hökuməti ABŞ-ın Çindən idxal olunan 16 milyard dollarlıq məhsula 25 faiz həcmində ikinci rüsum paketi tətbiq etməsi ilə əlaqədar etirazını bildirib.
ARANTV.AZ Report-un TASS-a istinadən verdiyi xəbərə görə, Çinin Kommersiya Nazirliyinin cümə axşamı verdiyi bəyanata görə, Pekin cavab tədbirləri görmək məcburiyyətindədir.
“Çin bununla əlaqədar qəti etirazını bildirir və buna zəruri cavab tədbiri görməli olacaq”, – deyə idarənin məlumatında bildirilir.

