Məşhurlar “Azərbaycan”A görə bir araya GƏLDİLƏR – VİDEO
Xalq artisti Emin Ağalarov Azərbaycanın müstəqilliyinin 101 illiyi münasibətilə layihə hazırlayıb. ARANTV.AZ-ın məlumatına görə, layihə çərçivəsində “Azərbaycan 101” adlı mahnı hazırlanıb və klip çəkilib. Bəstənin sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, musiqisi Ruslan Ağababayevə məxsusdur. Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilən mahnını Eminlə yanaşı Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, Sevda Ələkbərzadə, Manana, Abbas Bağırov, müğənnilər Səmra Rəhimli, Xəyyam Nisanov, Elnur Hüseynov və başqaları oxuyublar. Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında çəkilən ekran işinin rejissorluğu Emin Muradova həvalə edilib.

