Cəmiyyət 

KOBİA Azərbaycanda elektron kommersiyanın inkişafını dəstəkləyəcək

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda elektron kommersiyanın inkişafında sahibkarlara müvafiq dəstəyi göstərəcək”.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov İkinci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) deyib.

Onun sözlərinə görə, bu, pərakəndə əməliyyatlarda, o cümlədən, pərakəndə ticarətdə elektron kommersiyanın böyük artım potensialı nəzərə alınmaqla həyata keçirilir.

O, həmçinin, bildirib ki, Agentliyin əsas vəzifəsi biznes mühitinin, nizamlama sistiminin səmərəliliyinin artırılması, sahibkar və startaplara dəstək diapazonunun genişlənməsidir.

Daha çox xəbərlər