Cəmiyyət 

Niyə “pis oğlanlar” qadınları cəlb edir?

Kanada alimləri maraqlı tədqiqat aparıb.

Tədqiqatda iştirak edən 46 kişidən qadınla ilk görüşü necə keçirmək istədikləri soruşulub, cavablar isə lentə alınıb.

ARANTV.AZ-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail yazır.

İştirakçılarda psixopatiya xüsusiyyətlərinin olub-olmaması yoxlanılıb. Bundan sonra çəkilən videoçarxlar 108 qadına göstərilib.

Maraqlıdır ki, qadınlar tərəfindən ən çox bəyənilənlər psixiki pozuntularla bağlı testlərdə ən yüksək bal toplayanlar olub.

Alimlərin sözlərinə görə, “pis oğlanlar” inamlı davranışlarına görə qadınları cəlb edir. Belə kişilər özlərini rahat hiss edir və hər zaman nə deyəcəklərini bilirlər, cazibələrindən və fərqli olmaqlarından da məharətlə istifadə edirlər.

Daha çox xəbərlər