Prezident İlham Əliyev Şahin Mustafayevi nazir vəzifəsindən azad etdi
Prezident İlham Əliyev Ş.A.Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin”.

