Bakıda ağır qəza – Ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.Sonxeber.az

