Siyasət 

Azərbaycan Prezidenti: “BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur”

“BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur”.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.

Dövlət başçısı bildirib: “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Daha çox xəbərlər