Bu ölkədə çayı DUZla içirlər – MARAQLI ADƏT
Çoxlarımız çayı şəkərlə içirik. Bəzi ölkələrdə ona süd də qatıldığını eşitmişik, lakin çinlilər, həmişəki kimi, təəccübləndirməyi sevir.
ARANTV.AZ-ın top10a.ru-ya istinadən verdiyi xəbərə görə, Çində çaya duz əlavə edirlər.
Bu adət Tibetdə yayılıb. Dağlıq ərazilərin sakinləri çaya yağ və duz əlavə edərək qarışdırırlar və alınan mayeni gün ərzində içirlər. Onlar hesab edirlər ki, duzlu çay susuzluğu yatırdır və orqanizmi susuzlaşmadan qoruyur.
Yüksək kalorili olan bu içki insanı qüvvətləndirir, hətta çox zəyif və yorğun olanların da gücünü bərpa edir. Lakin spesifik dadına görə onu hər kəs içə bilmir.
Duzlu çay içmək adəti, həmçinin, Monqolustan və Buryatiyada da mövcuddur.

