XİN: Suriya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Suriya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Suriyanın Xarici İşlər nazirinin müavini Faysal Mekdad Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Suriya münaqişənin sülh yolu ilə həllinin tapmasını dəstəkləyir:
“Terror dünya üçün böyük təhlükədir. Biz sərhəd tanımayan bu bəlanın qarşısını almalı, terrorizmə qarşı birgə mübarizə aparmalıyıq”.

