Azərbaycanda maşın kanala düşdü – sürücü xəsarət aldı
Faktla bağlı araşdırma aparılır
Xaçmazda avtomobil “Xan” arxına düşüb.
Xaçmaz şəhər sakini, 1984-cü il təvəllüdlü İskəndərov Ceyhun Rasim oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yoldan çıxaraq kanala düşüb.
Müxtəlif bədən xəsarətləri alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

