Mikayıl Cabbarov: “İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır” – VİDEO
Ölkədə iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır. Azərbaycanın İqtisadiyyat Nazirliyi qarşısında xüsusən qeyri-neft sektorunda artımın sürətləndirilməsi, kiçik və orta biznesin fəaliyyəti üçün şəraitin daha da yaxşılaşdırılması, azad rəqabətin təmin edilməsi kimi mühüm vəzifə və məqsədlər qoyulub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azəbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına (AzTv) müsahibəsi zamanı deyib.
Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi iş proqramlarını yeniləmək, bununla da gələcək hədəflərini müəyyən etmək niyyətindədir: “İşimizi müsbət əsasda davam etdirəcəyik. Əgər makroiqtisadiyyatımıza nəzər salsaq, müsbət göstəricilər görmək olar. Xarici borcumuz azdır, makroiqtisadi sabitlik təmin olunub”.

