Hadisə 

Qadın ərinə narkotiki görün harasında keçirmək istədi — FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə və 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.
ARANTV.AZ xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Müalicə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Asif qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman alt paltarında gizlədilmiş 2 ədəd bükülüdə 1,237 qram narkotik maddə – heroin və 0,038 qram psixotrop maddə – metamfetamin aşkar edilmişdir.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Rüstəmov Xəyyam Həsənqulu oğluna qohumu Bakı şəhər sakini Rüstəmov Tural Yaqub oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın bel nahiyyəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,056 qram narkotik maddə – tiryək aşkar edilmişdir.

Hər iki faktla bağlı araşdırma aparılır.

“Ölkə.Az”
Qadın ərinə narkotiki görün harasında keçirmək istədi — FOTO

Daha çox xəbərlər