Cəmiyyət 

Kişi risalədə yazılanlara zidd olaraq dörd gecədə bir dəfədən gec olmayaraq öz cavan həyat yoldaşının yanında yatmırsa, günah edir?

Risalədə yazılıb ki, kişi dörd gecədə bir dəfədən gec olmayaraq öz cavan həyat yoldaşının yanında yatmalıdır. Əgər kişi hər hansı səbəb üzündən bunu etmirsə günah edir? Onların kəbini bu halda pozulur ya qüvvədə qalır?

Ailədə kişi ilə qadının bir-biri qarşısında bəzi hüquq və vəzifələri vardır. Onlar bir-birinin hüquqlarına riayət etməli və öz vəzifələrini yerinə yetirməlidirlər. Bu hüquq və vəzifələr şəriət kitablarında ətraflı izah edilmişdir. Kişinin vəzifələrindən biri də budur ki, dörd gecədə bir dəfədən gec olmayaraq, öz cavan həyat yoldaşının yanında (yəni onunla eyni yataqda) yatmalı və dörd ayda bir dəfədən gec olmayaraq, onunla cinsi əlaqədə olmalıdır. Əgər kişi üzürsüz yerə bu vəzifələri icra etmirsə, qadının haqqına girmiş olur və günah qazanır. Əlbəttə, burada şərait və qarşılıqlı razılıq da şərtdir. Məsələn, kişi öz işi ilə əlaqədar bir həftə ya 15 gün evdə olmursa, bu, üzürlü səbəb sayılır. Yaxud onların hər ikisi qarşılıqlı razılıqla bir neçə ay cinsi əlaqədən uzaq dururlarsa, bu da kişini cavabdehlikdən azad edir. Bununla belə, kişi yuxarıda göstərilən vəzifələri hətta qəsdən və qadına əziyyət vermək məqsədi ilə də olsa tərk etsə, onların kəbininə heç bir dəxli yoxdur və qadın yenə onun halal həyat yoldaşı sayılır. Bu halda kişi günahkardır, tövbə etməli və qadının haqqına giribsə, ondan halallıq almalıdır.

Daha çox xəbərlər