Hadisə 

Bakıda arvadına 18 bıçaq vurub sonra boğazını kəsən kişi cəzasından narazıdır

Bakıda arvadını qətlə yetirməkdə təqsirli bilinən Tufan Qurbanov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

ARANTV.AZ  ölkə.az-a istinadən xəbər verir ki, onun müraciətinə noyabr ayının 5-də hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.
Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan Qurbanov qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox xəbərlər