Hadisə 

Sumqayıtda vəkil 40 yaşlı piyadanı vurub öldürdü

Azərbaycan Vəkillər Kollegiyasının üzvü yol qəzası törədib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində, “Tərlan” şadlıq sarayının qarşısında baş verib.

Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun sədri, 1969-cu il təvəllüdlü Nəhmətov Fazil İldır oğlu özünə məxsus “Wolksvagen Passat” markalı 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən Saray qəsəbə sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Esmira Sehriman qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, F.Nəhmətov 2002-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Daha çox xəbərlər