Hadisə 

Bakıda kişi avtomobilin altında qalaraq ölüb

Bakıda bir nəfər minik avtomobilinin altında qalaraq ölüb.

ARANTV.AZ  xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Sonxeber.az

Daha çox xəbərlər