Cəmiyyət 

“Azərbaycanda atılan bütün addımların mərkəzində insan amili dayanır”-Politoloq son islahatları şərh edir

Prezident İlham Əliyevin sərəncamları, fərmanları, regionlara ardıcıl səfərləri, qəti tapşırıqları nəticəsində demək olar ki, bütün sektorlarda əvvəlkindən də yüksək inkişaf dinamikası yaranıb.

Yeni islahat dalğası atılacaq növbəti addımlarla bağlı hər kəsin təxminlərini alt-üst edib.

Etiraf etmək lazımdır ki, yeni sərəncamlar medianın saralmış gündəliyinə yeni nəfəs verdi.

Bəs bu dəyişikliklər nədən xəbər verir? Və bu dəyişikliklər niyə məhz indi həyata keçirilir?

Mövzu ilə bağlı Sonxeberaz-a açıqlama verən politoloq Elşad Mirbəşir bildirdi ki, dövlət idarəetmə sistemində istər kadr islahatları olsun, istərsə də institusion islahatlar olsun davamlı olaraq həyəta keçirilməlidir. Bu islahatlar da hər bir dövrün tələbinə uyğun həyata keçirilir.

“Dünya sürətlə dəyişir. İstər regionda, istər qlobal müstəvidə baş verən dəyişikliklər, ölkəmizdən də bu dəyişikliklərə ayaq uydurmağı tələb edir. Cəmiyyətdə baş verən siyasi, iqtisadi, mədəni, sosial dəyişikliklər dövlət idarəetmə sistemini bu dəyişikliklərə uyğunlaşmasını zəruri edir. Ölkəmizin hər baxımdan inkişaf etməkdə olan bir ölkə olduğunu nəzərə alsaq, müasir dövrün tələblərinə cavab verən kadrların olması çox vacibdir. Və ölkə prezidenti tərəfindən son dövrlərdə həyata keçirilən kadr və struktur islahatları mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün yenilik deyil. Əgər biz ötən vaxtlara diqqət yetirsək görərik ki, bundan əvvəldə bu cür islahatlar həyata keçirilib. Bu baxıma mən düşünürəm ki, ölkə prezidenti kadr və institusional islahatları sürətləndirməklə Azərbaycanın qarşısında olan yeni vəzifələri daha effektiv həyata keçirilməsinə çalışır. Yəni, əsas hədəf bundan ibarətdir”.

Politoloq qeyd etdi ki, ölkə prezidenti təyin etdiyi şəxsləri daha yaxşı tanıyır və onları yeni vəzifəyə təyin edərək qarşılarında yeni vəzifələr müəyyənləşdirir. Bu da təbii ki, ümumi inkişafın ruhuna uyğun yeni islahatların həyata keçirilməsini təmin edəcək.

“Bir də əsas məqam ondan ibarətdir ki, ölkə prezidenti də qeyd etmişdir ki, sürətli islahatlarla ayaqlaşa bilməyən məmurlar da vardır. Belə məmuraların mövcudluğu bu islahatların lazımı səviyyədə həyata keçirilməsinə də imkan vermir. Yeni təyinatların əsas məqsəd ondan ibarətdir ki, ölkə prezidenti də dəfələrlə dediyi kimi həyata keçirilən siyasətin mərkəzində dayanan insan faktorunun sosial -iqtisadi rifahı təmin olunsun. Yəni Azərbaycanda atılan bütün addımların mərkəzində insan amili dayanır”.

Daha çox xəbərlər