15 yaşlı oğlanı maşın vurdu
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Padar kəndi ərazisində qeydə alınıb.
Avtomobildən düşüb marketə getmək istəyən Siyəzən rayon sakini, 2004-cü il təvəllüdlü Gülmalıyev Elsevər Asif oğlunu minik avtomobili vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

