Cəmiyyət 

Vilayət Eyvazov Mirəliyevə yüksək VƏZİFƏ VERDİ

Daxili İşlər orqanlarında növbəti təyinat alıb.

ARANTV.AZ-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub.

Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, “102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.Sonxeber.az

Daha çox xəbərlər