Hadisə 

Sumqayıtda süpürgəçi qadını maşın vurub

Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə 26-cı məhəllə ərazisində baş verib.

Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər