Azərbaycanda it sahibini dişlədi- Qadın xəstəxanaya yerləşdirildi – FOTO
Zaqatalada it sahibini dişləyib.
ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Höytala kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Gülnarə Abdulhəmid qızı Əhmədova yaşadığı ünvanda öz itinin hücumuna məruz qalıb.
Xəsarət alan G.Əhmədovaya Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qadın əməliyyat olunub və ona quduzluq əleyhinə qarşı peyvənd vurulub.


