Təyyarədən dava saldığı üçün çıxarılan azərbaycanlıya hökm oxunub – VİDEO
Rusiyanın Orenburq rayon Məhkəməsi bu ilin martında Orenburq-Moskva reysi illə hərəkət edən təyyarədə dava salan Azərbaycan vətəndaşının işinə baxıb.
ARANTV.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, həmyerlimiz təyyarənin göyərtəsində xuliqanlıq, icra məmuruna müqavimət göstərmək və vəzifəli şəxsin səlahiyyətlərini yerinə yetirərkən onu kütləvi şəkildə təhqir etməkdə təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, azərbaycanlıya 2 il 1 ay həbs cəzası kəsilib. O, həmçinin avia şirkətə də reysi gecikdirdiyi üçün 34 min 259 rubl (860 AZN) dəyərində kompensasiya ödəyəcək.

