Dünya 

Şərqi Azərbaycan əyalətində zəlzələ: 5,8 bal – Ölən və yaralananlar var

İranın şimal-qərbində cümə günü baş verən zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb və 20 nəfər yaralanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkənin şimal-qərbindəki şərqi Azərbaycan əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə yerləşdi, zəlzələnin ocaqı isə 10 kilometr dərinlikdə yerləşirdi.

Avropa-Aralıq dənizi seysmoloji mərkəzi zəlzələ bölgəsində təxmini əhalinin 20 milyon nəfər olduğunu qeyd edir.

Daha çox xəbərlər