Qazaxda toy karvanında silahdan atəş açıldı – FOTO
Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.
ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.
Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.apa

