3-cü mikrorayon dairəsindəki körpünün altı dayanacaq kimi zəbt edilib-FOTOLAR
Sürücülər Bakıda körpülərin altı və tunellərin üstündən avtopark kimi istifadə edirlər. Sıra ilə dayanan avtomobillər ilk baxışda avtomobil dayanacağın xatırlatsa da, bildiyimiz kimi bu həm qanunsuz, həm də təhlükə yaratmaqdadır.
ARANTV.AZ məlumat verir ki, 3-cü mikrorayon dairəsindəki körpünün altında da eyni mənzərə yaranıb. Belə ki, körpünün altından iri dayanacaq kimi istifadə edilir. Amma bu dayanacaq kim tərəfindən idarə edilir, maşınlar niyə burada saxlayır, bilən yoxdur. Ərazi şəhərin gedişli-gəlişli küçələrindən olduğu üçün ən azı gündə bir neçə dəfə YPX maşınları buradan keçir. Görəsən, bu mənzərəni görmürlər?
Çünki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən isə bildirilir ki, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa, onu 20 manat cərimə gözləyir.
Həmin FOTOLARı təqdim edirik:Sonxeber.az




