Azərbaycanda qohumlar arasında qanlı dava — BIÇAQI ÜRƏYİNƏ VURDU
Abşeron rayonunda qohumunu bıçaqlamaqda təqsirli bilinən Şahin Əbdüləzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə iyunun 4-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.1984-cü il təvəllüdlü Əbdüləzimov Rauf Aleksandr oğlu döş qəfəsinin sol hissəsindən-ürək nahiyəsindən bıçaqlanıb.
O, Kliniki Tibbi Mərkəzə gətirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı R.Əbdüləzimovun yaxın qohumu Əbdüləzimov Şahin Məmməd oğlu tərəfindən bıçaqlandığı müəyyənləşib. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.ölkə.az

