Cəmiyyət 

Deputat Ağsu yolundan şikayətləndi: “İnsanlar cehiz aparmaq üçün kilometlərlə yolu piyada gedirlər”

“2020-ci ilin büdcəsi ümümdünya inkişaf tempinə yaxındır. Bütün bunlar ölkə başçısının iradəsi sayəsində mümkün olub”.

ARANTV.AZ  xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Deputat bildirib ki, 2019-cu ilə qədər dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait azalıb: “Nə üçün bizim hərbi büdcəmiz 2023-cu ilə qədər azalıb. Bəlkə biz Dağlıq Qarabağ müharibəsini udmuşuq? Büdcədə sosial məsələyə daha çox yer ayrılır. Lakin müdafiə msəələlərində
diqqətli olmalıyıq”.

T. Kərimli Ağsu Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib: “10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar cehiz aparmaq üçün kilometlərlə piyada yol getməli olurlar”.
Bununla yanaşı deputat maliyyə amnistisiyasının verilməsini, Azərbaycan dilinə aid Elmi-Tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.Sonxeber.az

Daha çox xəbərlər