Gündəm 

Neft Fondu Türkiyə banklarında depozitlərə investisiyanı artırıb

2017-ci ildə Dövlət Neft Fondunun cəmi depozitlərinin həcmi 2 milyard 134 milyon 556 min manat olub.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, qurumun depozitlərə investisiyası 2016-cı illə müqayisədə 1 milyard 624 milyon 352 min manat azalıb.

2016-cı ildə “Azərbaycan Beynəlxalq Bankı”na 1 milyard 773 milyon 750 min manat depozitlərə investisiya edən qurum 2017-ci ildə bu bankda depozitlərə investisiyanı dayandırıb, əvəzində Türkiyənin dörd bankında yerləşdirdiyi depozitlərin həcmini artırıb.

Ötən il fond “Zıraat Bankası”nda 472,222 milyon manat,  “Akbank” T.A.S”da  292,613 milyon manat, “İş Bankası”nda 687,892 milyon manat, “Garanti Bankası AS”da 681,829 milyon manat depozitlərə investisiya edib.

2016-cı illə müqayisədə “Zıraat Bankası” üzrə depozitlər 10%, “Akbank” üzrə 4,4%, “İş Bankası” üzrə 7,8%, “Garanti Bankası” üzrə 6,87% artıb.

Xatırladaq ki, ARDNF 2016-cı ildə “Azərbaycan Beynəlxalq Bankı”na 1 milyard 773 milyon 750 min manat depozitlərə investisiya yatırmışdı.

Daha çox xəbərlər