Dünya 

İranda dəhşətli qəza: 28 nəfər öldü

İranın cənub-şərqində baş verən yol-nəqliyyat hadisəsi zamanı 28 nəfər ölüb.

Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

“Bu gün səhər saatlarında qanunsuz miqrantları daşıyan iki pikapın toqquşması nəticəsində 28 nəfər ölüb, 21 nəfər yaralanıb”, – məlumatda bildirilib.

Qəza Əfqanıstan və Pakistan sərhədindəki Sistan-Bəlucistan yolunda qeydə alınıb. Ölənlərin vətəndaşlığı açıqlanmır.

Daha çox xəbərlər